Saatlıda sərxoş və sürücülük hüququ olmayan şəxs təmir sexində işləyən ustaları avtomobillə vurub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilən avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən ustalar - Saatlı şəhər sakinləri 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub.
Nəticədə Möhübbət Qənbərov ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.