Ucnoqta.az
www.ucnoqta.az

Sürücülük hüququ olmayan sərxoş şəxs ustaları vurdu:<font color=red><b> ölən var</b></font>

09:37 - 23 Yanvar 2023 tarixində dərc olunub.

Saatlıda sərxoş və sürücülük hüququ olmayan şəxs təmir sexində işləyən ustaları avtomobillə vurub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilən avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən ustalar - Saatlı şəhər sakinləri 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub.

Nəticədə Möhübbət Qənbərov ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif: