“Yuventus” apelyasiya şikayəti verib

09:29 - 21 Yanvar 2023 - İDMAN

"Yuventus" İtaliya futbol çempionatının cədvəlində klubdan 15 xalın silinməsi ilə bağlı İdmanda Zəmanətlər üzrə Arbitraj Şurasına müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Cümə günü İtaliya Futbol Federasiyasının (FIGC) Apellyasiya Məhkəməsi maliyyə fırıldaqları ilə bağlı işi bərpa edib. Nəticədə "Yuventus" İtaliya çempionatında 15 xaldan məhrum edilib, klubun keçmiş rəhbərləri isə müxtəlif müddətlərə futboldan uzaqlaşdırılıb.

"Yuventus" İtaliya çempionatının turnir cədvəlində 3-cü pillədən 10-cu yerə düşüb. İndi komandanın 18 matçda 22 xalı var.

Xəbər xətti