Naxçıvan şəhərində yol qəzası baş verib.
APA xəbər verir ki, şəhərin "Azərbaycan" məhəlləsində yüksək sürətlə hərəkət edən 67-BG-552 dövlət nömrə nişanlı "VAZ 004" markalı avtomobil yoldan çıxıb və işıqlandırma dirəyinə çırpılıb. Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.