Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda yol qəzası baş verib

14:57 - 20 Yanvar 2023 tarixində dərc olunub.

Naxçıvan şəhərində yol qəzası baş verib.

APA xəbər verir ki, şəhərin "Azərbaycan" məhəlləsində yüksək sürətlə hərəkət edən 67-BG-552 dövlət nömrə nişanlı "VAZ 004" markalı avtomobil yoldan çıxıb və işıqlandırma dirəyinə çırpılıb. Sürücü yüngül xəsarət alsa da, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: