Hindistanda 250-dən çox daşlaşmış titanozavr yumurtası tapılıb

12:59 - 20 Yanvar 2023 - MARAQLI

Hindistanda aparılan qazıntılar zamanı təxminən 67 milyon il yaşı olan 256 daşlaşmış yumurta və 90-dan çox titanozavr yuvası tapıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindustan Times qəzeti məlumat yayıb.

Qədim fosillər bir anda Hindistan ştatlarında üç yerdə - mərkəzi Madhya Pradesh və qərb Qucaratda tapılıb. Alimlərin fikrincə, titanozavrların yumurtaları ilk dəfə olaraq belə sayda aşkar edilib. Dinozavrlar üçün ən geniş yuva yeri aşkar edilib, o, təxminən 900 km məsafəni əhatə edir.

Qazıntıların nəticələri Hindistanda əvvəllər bilindiyindən daha çox titanozavrın yaşadığını üzə çıxarıb. Bundan əlavə, bir ərazidə bu qədər çox yumurtanın olması bu dinozavrların koloniyalarda yuva qurduğunu deməyə əsas verir.

Titanozavrlar Üst Təbaşir dövründə yaşamış ot yeyən dinozavrlar cinsinə aiddir. Onlar indiki Asiya, Afrika, Avropa və Cənubi Amerikada yaşayırdılar. 

Xəbər xətti