Fransanın “Paris Sen-Jermen” klubu yoldaşlıq görüşündə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klublarının futbolçularından yaradılmış Ər-Riyad yığmasını 5:4 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, görüş cümə axşamı Ər-Riyaddakı Kral Fəhd stadionunda baş tutub.
Fransa klubundan qolları Lionel Messi (3-cü dəqiqə), Markinyos (43), Serxio Ramos (53), Kilian Mbappe (60, penaltidən), Yuqo Ekitike (78) vurub. Ərəbistan klubundan Kriştiano Ronaldo (34, penaltidən) Jang Hyun-soon (56), Anderson Talisca (90+3). Görüşün 39-cu dəqiqəsində PSJ-nin müdafiəçisi Xuan Bernat meydandan qovulub, birinci hissənin üçüncü dayandırma dəqiqəsində PSJ-nin hücumçusu Neymar penaltini dəqiq yerinə yetirməyib. Ronaldonu 61-ci dəqiqədə yarımmüdafiəçi Matey Pereyra, Messini 63-cü dəqiqədə yarımmüdafiəçi Ayman Kari əvəzləyib.
Bu, Ronaldonun 2022-ci ilin dekabrında "Əl Nəsr"ə qoşulduqdan sonra PSJ ilə ilk oyunu idi.