Azərbaycanın “Qarabağ” futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev Almaniyaya yola düşüb.
Ucnoqta.az xəbər verir ki, 28 yaşlı qolkiper zədə səbəbindən orada əməliyyat olunacaq. Əl zədəsinin gözlənildiyindən daha ciddi olduğu ortaya çıxıb. Məhəmmədəliyev iki aya qədər yox, tam üç ay oynamayacaq.
Beləliklə, qapıçı Avstriya və İsveç milliləri ilə qarşıdan gələn AVRO-2024-ün seçmə mərhələsini mütləq buraxacaq.