Bakıda qadın evdə qaz balonunun alışması nəticəsində baş verən yanğında xəsarət alıb.
APA xəbər verir ki, hadisə Sabunçu rayonu, M.Hüseynzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Nailə Bədirxanova evdə qaz balonunu açmaq istəyərkən o, alışıb və nəticədə yanğın hadisəsi baş verib.
Yanğın zamanı M.Hüseynzadə yanıq xəsarətləri alıb.
Araşdırma aparılır.