Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qaz balonunun alışması nəticəsində qadın xəsarət alıb

09:35 - 19 Yanvar 2023 tarixində dərc olunub.

Bakıda qadın evdə qaz balonunun alışması nəticəsində baş verən yanğında xəsarət alıb.

APA xəbər verir ki, hadisə Sabunçu rayonu, M.Hüseynzadə küçəsində yerləşən fərdi evdə qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Nailə Bədirxanova evdə qaz balonunu açmaq istəyərkən o, alışıb və nəticədə yanğın hadisəsi baş verib.

Yanğın zamanı M.Hüseynzadə yanıq xəsarətləri alıb.

Araşdırma aparılır.

 

Müəllif: