Rio-de-Janeyro hava limanında güclü yanğın baş verib

22:56 - 18 Yanvar 2023 - DÜNYA

Braziliyanın Rio-de-Janeyro Beynəlxalq Hava Limanının yük terminalında güclü yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə meqapolisin operativ qərargahı məlumat yayıb.

"Beynəlxalq hava limanında güclü yanğın yük terminalını bürüyüb", - əməliyyat qərargahı Twitter-də yazıb. Sosial mediada paylaşılan görüntülərdə hava limanı ərazisindəki binadan qalın qara tüstünün qalxdığı görünür. Yanğının söndürülməsi üçün hadisə yerinə 9 yanğınsöndürmə bölməsinin avtomobilləri və mütəxəssisləri göndərilib. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Aeroport adi rejimdə işləyir. Hadisə gediş-gəlişlərin təxirə salınması və ya ləğvi ilə nəticələnməyib.

Emin

Xəbər xətti