Braziliyanın Rio-de-Janeyro Beynəlxalq Hava Limanının yük terminalında güclü yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə meqapolisin operativ qərargahı məlumat yayıb.
"Beynəlxalq hava limanında güclü yanğın yük terminalını bürüyüb", - əməliyyat qərargahı Twitter-də yazıb. Sosial mediada paylaşılan görüntülərdə hava limanı ərazisindəki binadan qalın qara tüstünün qalxdığı görünür. Yanğının söndürülməsi üçün hadisə yerinə 9 yanğınsöndürmə bölməsinin avtomobilləri və mütəxəssisləri göndərilib. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.
Aeroport adi rejimdə işləyir. Hadisə gediş-gəlişlərin təxirə salınması və ya ləğvi ilə nəticələnməyib.
Emin