Əsgərləri udan duman

20:14 - 18 Yanvar 2023 - MARAQLI

Söhbət adi yox olmadan gedəndə həmişə yada Norfolk kral alayı ilə əlaqədər hadisə yada düşür.

Ucnoqta.az xəbər verir ki, bu hadisə 1915-ci ildə Gelibolu (Çanaqqala) əməliyyatı zamanı baş verib. Üç şahidin verdiyi məlumata görə, 22 nəfər Yeni Zelandiyalı piyadaların gözü qarşısında çoxsaylı ingilis əsgərləri cərgələrlə suyu qurumuş çay yatağındakı çörək kömbəsinə oxşar dumana daxil olub. Axırıncı əsgər dumanlıqda yox olduqdan sonra bulud birdən yuxarı qalxaraq küləyin əks istiqamətində səmaya qalxıb.

Düşmən qüvvələri Gelibolu əməliyyatı zamanı Dardanel, Bosfor, İstanbulu ələ keçirib Türkiyəni müharibədən çıxarmaq və Qara dənizindən Rusiya ilə əlaqəni bərpa etmək  niyyətində idi. Bu məqsədlə Aralıq dəniz ekspedisiyasının baş komandanı Ayan Hamilton hərbi əməliyyatın gedişində dönüş yaratmaq və tez qələbə çalmaq üçün döyüşə yeni qüvvələr göndərirdi. Həmin döyüşlərdə ingilis korpusunun komandiri Uinston Çorçill 5-ci taborun əsgərlərini kəşfiyyata göndərib. Lakin mövqedə qalan əsgərlər döyüşə gedən yolıdaşlarının bir dəfə də  olsun atəç açdığını eşitməyiblər. Komandanlıq itən taboru tapmaq üçün onların arxasınca xüsusi dəstə göndərməli olub. Türklər tərəfindən aşkarlanan və atəşə tutulan dəstə  heç bir iz tapmadan geri qayıtmalı olur. Belıliklə, 5 -ci tabor itkin düşüb. Yüzlərlə şahidin gözü qarşısında  dumanlığa girən 145 nəfərlik əsgəri nə ingilislər, nə də  türklər görüb. Maraqlıdır ki, A. Hamilton özünün hesabatında  başqa bir dəstənin (250 əsgər və 16 zabit)  də itdiyini bildirib.

Gelobolu əməliyyatı müttəfiq qoşunlarının məğlubiyyəti ilə nəticələndi. 1916-cı ildə ingilis hökuməti məğlubiyyətin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaratdı. Həmin komissiya aşkar etdiyi yuxardakı sirri 1967-ci ildək gizli saxlamalı oldu.

1918-ci ildə ingilislər yenidən Gelibolu yarımadasında peyda oldular. Bu dəfə işğalçı kimi. İşğal ordusu döyüş meydanını gəzərək Norfolk alayının kokardasını ( rəsmi papağa vurulan dəmir nişan) tapdılar. Sahəni təmizlərkən 180 cəsəd də aşkar etdilər. İtkin düşənlərin əksəriyyətinin isə bu günədək taleyi məlum deyil. Əgər onları udan qəribə dumanı nəzərə almasaq.


Pünhan

Xəbər xətti