Britaniyalı milyarder “Mançester Yunayted”i almaq istəyir

00:16 - 18 Yanvar 2023 - İDMAN

“İneos” kimya şirkətinin rəhbəri, britaniyalı milyarder Cim Ratkliff “Mançester Yunayted” futbol klubunu almaq niyyətində olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Times yazıb.

Qeyd olunur ki, tender fevral ayında başlamalıdır. Mançester mövsümün sonuna kimi yeni sahibliyə keçə bilər.

Forbes Ratkiffinin sərvətini 15,5 milyard dollar qiymətləndirir. O, artıq Fransanın "Nitsa" futbol klubunun sahibidir.

Emin

Xəbər xətti