Sülhməramlılar Xocavənddə ermənilərə meyvə payladılar - FOTO

13:51 - 17 Yanvar 2023 - ÖLKƏ İÇİ

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Xocavənddə ermənilərə meyvə paylayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə sülhməramlı kontingentin teleqram kanalında məumat yayılıb. Belə ki, onlar 237 ailəyə ərzaq yardımı edildiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən dəfələrlə edilən xəbərdarlığa baxmayaraq sülhməramlılar Azərbaycan toponimlərini erməni adlarla qeyd edirlər.

Bu dəfəki paylaşımda da onlar Azərbaycanın Xocavənd rayonunu "Martuni" kimi yazıblar.

Emin


Xəbər xətti