Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torpaya bükülmüş 1 ədəd"RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.