Yanvarın 16-da saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi M.F. qızı məktəbin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəsarət alıb.
Bunu Ucnoqta.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir və şagirdə Elm və Təhsil nazirinin müşaviri Rüstəm Ağayev və Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfov baş çəkiblər.