Rusiyanın Su-27 təyyarəsi sərhədə yaxınlaşan alman təyyarəsini müşayiət edib

21:04 - 16 Yanvar 2023 - DÜNYA

Yanvarın 16-da Rusiya Baltik dənizi üzərində ölkə sərhədinə yaxınlaşan hədəf aşkar edildikdən sonra "Su-27" qırıcısını havaya qaldırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzindən məlumat verilib.

Rusiya qırıcısının ekipajı aydınlaşdırıb ki, bu, Almaniya Hərbi Dəniz Qüvvələrinin R-3C Orion təyyarəsi olub və Baltik dənizi üzərindən müşayiət olunub. Alman təyyarəsi Rusiya sərhədindən dönəndən sonra qırıcı öz aerodromuna qayıdıb. Mərkəzdən bildirilib ki, sərhəd pozuntularına yol verilməyib.

Emin

Xəbər xətti