Yanvarın 16-da Rusiya Baltik dənizi üzərində ölkə sərhədinə yaxınlaşan hədəf aşkar edildikdən sonra "Su-27" qırıcısını havaya qaldırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzindən məlumat verilib.
Rusiya qırıcısının ekipajı aydınlaşdırıb ki, bu, Almaniya Hərbi Dəniz Qüvvələrinin R-3C Orion təyyarəsi olub və Baltik dənizi üzərindən müşayiət olunub. Alman təyyarəsi Rusiya sərhədindən dönəndən sonra qırıcı öz aerodromuna qayıdıb. Mərkəzdən bildirilib ki, sərhəd pozuntularına yol verilməyib.
Emin