Məşhur italiyalı aktrisa Cina Lollobricida 96 yaşında vəfat edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, aktrisa “Fanfan-Tulpan” və “Notr Dam Kilsəsi” filmlərindəki rolları ilə məşhurlaşıb.
O, təxminən 30 il əvvəl filmlərə çəkilməyi dayandırıb.
Qeyd edək ki, C.Lollobricida 1927-ci ildə anadan olub.