Ucnoqta.az
www.ucnoqta.az

Məşhur italiyalı aktrisa vəfat etdi

16:52 - 16 Yanvar 2023 tarixində dərc olunub.

Məşhur italiyalı aktrisa Cina Lollobricida 96 yaşında vəfat edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, aktrisa “Fanfan-Tulpan” və “Notr Dam Kilsəsi” filmlərindəki rolları ilə məşhurlaşıb.

O, təxminən 30 il əvvəl filmlərə çəkilməyi dayandırıb.

Qeyd edək ki, C.Lollobricida 1927-ci ildə anadan olub.

Müəllif: