İngəltərənin "Arsenal klubu "Barselona"nın cinah oyunçusu Rafinya ilə maraqlanır.
Ucnoqta.az xəbər verir ki, bu isə futbolçunun transfer qiymətinin artmasına səbəb olub.
Kataloniya klubunun prezidenti Joan Laporta bildirib ki, braziliyalını transfer etmək istəyən klub 100 milyon avro ödəməli olacaq. Əslində "Barselona" rəhbərliyi Rafinyanı satmaq istəmir, lakin təyin olunmuş məbləğə yaxın təklifi nəzərdən keçirə bilər.
Xatırladaq ki, Rafinya keçən yay 58+7 milyon avroya "Lids"dən "Barselona"ya keçmişdi.
Pünhan