“ARB” telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının ad gününü leykoz xəstəliyindən sağalan Əmirli Nuray Zəka qızı təbrik edib.
Ucnoqta.az xəbər verir ki, videogörüntü vasitəsi ilə tanınmış aparıcını təbrik edən Nuray ona təşəkkür edib.
Qeyd edək ki, “ARB” telekalanalında yayımlanan “Səni axtarıram” verilişinə gələn leykoz xəstəliyindən əziyyət çəkən Əmirli Nuray Zəka qızının əməliyyatı üçün 70 min dollar lazım idi. Nurayın əməliyyatı üçün lazım olan məbləğən daha çox vəsait yığıldığı üçün daha 10 azyaşlı uşağın əməliyatına yönəldilmişdi.
Xoşqədəm Hidayətqızının verilişində Nurayın rəqsi hər kəsi duyğulandırmışdı.