Biləsuvar rayonunda 7 min abonentin qaz təhcizatı dayandırılıb
Ucnoqta.az xəbər verir ki, şəhərin M.Ibrahimov küçəsində daşıyıcı qaz kəməri zədələnib. Bu səbəbdən ümimilikdə 7000 abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılmışdır.
Təmir işlərinin bu gün axşam saat 20-21 radələrinə başa çatdırılması planlaşdırılır.