Laçın yolunda etiraz aksiyası 35 gündür davam edir

10:34 - 15 Yanvar 2023 - ÖLKƏ İÇİ

QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası 35 gündür davam edir.

Ucnoqta.az xəbər verir ki, aksiya ötən gecə boyu da davam edib. Havanın soyuq və şaxtalı olmasın baxmayaraq aksiya iştirakçıları ekoterorra son verilməsi ilə bağlı hazırlnamış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və sülhməramlılara məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolundan təhlükəsiz olaraq hərəkət edirlər. Bu da yolun humanitar məqsədlə istifadə üçün açıq olduğunu göstərir.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Emin

Xəbər xətti