Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin (arakəsmə divarları taxta konstruksiyalardan ibarət) 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Ucnoqta.az-ın FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.