Qubada 11 yaşlı uşağı maşın vuraraq öldürdü

14:57 - 14 Yanvar 2023 - HADİSƏ

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, "Qazel" markalı yük maşını yolu keçmək istəyən 11 yaşlı məktəblini vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər xətti