İranlı futbolçu 26 il müddətinə azadlıqdan məhrum edilib

00:23 - 13 Yanvar 2023 - Xəbər

İranlı futbolçu etiraz aksiyalarında iştirak etdiyi üçün 26 il müddətinə azadlıqdan məhrum edilib

Ucnoqta.az xəbər verir ki, Mizan xəbər agentliyinin verdiyi məlumata görə, iranlı futbolçu Əmir Nəsr-Azadani ölkədə hökumət əleyhinə nümayişlər zamanı 3 təhlükəsizlik məmurunun öldürülməsində iştirak etdiyinə görə 26 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrda İsfahanda İslam İnqilabı Keşikçiləri Korpusuna daxil olan Bəsic könüllü milislərinin üç üzvünün ölümü ilə nəticələnən iğtişaşçıların işi üzrə məhkəmə prosesi yanvarın 4, 7 və 8-də keçirilib. Üç nəfərə ölüm hökmü çıxarılıb.

Nəsr Azadani ölkənin təhlükəsizliyinə xələl gətirmək üçün qanunsuz qruplaşma və sui-qəsddə, eləcə də “Uca Allaha qarşı müharibədə” (“moharebeh”) iştirak etməkdə təqsirli bilinib.

İran qanunlarına uyğun olaraq Nəsr Azadani eyni vaxtda cəzasını çəkəcək və 16 il həbsdə qalacaq.

Nəsr-Azadani 26 yaşındadır və son klubu "İrancavan" olub.

Xəbər xətti