Aktyor və aparıcı Dmitri Nağıyev Rusiya ordusuna 200 milyon rubl bağışlaması ilə bağlı məlumatı təkzib edib
Ucnoqta.az xəbər verir ki, bu barədə “Moskva 24” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, sənətçi ordunun ehtiyacları üçün külli miqdarda vəsait köçürdüyü barədə məlumatları təkzib edib. O, belə pulun olmadığını deyib.
Bundan əvvəl bir sıra KİV-lər kukla teatrının direktoru Boris Konstantinova istinadən Nağıyevin xüsusi hərbi əməliyyatın keçirilməsi zərurəti üçün pul köçürməsi barədə məlumat yayıb.