Tacikistan tarixində ilk dəfə olaraq 6 körpə doğulub

23:50 - 11 Yanvar 2023 - MARAQLI

Tacikistanın Xocent şəhərində 6 körpə doğulub - iki oğlan və dörd qız.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Asia-Plus”un Tacikistan nəşri məlumat yayıb. Xücənd rayon Doğum Evində 6 körpə doğulub.  Uşaqların və analarının vəziyyəti həkimlər tərəfindən normal qiymətləndirilir. Körpələrin valideynləri ilə bağlı digər təfərrüatlar hələlik verilməyib.

Altı uşağın doğulması Tacikistan tarixində ilk belə haldır. 2020-ci ildə Tacikistanın paytaxtı Düşənbə şəhərinin doğum evində Xatlon vilayətinin sakini tərəfindən dünyaya gələn ilk beşəmlər - iki oğlan və üç qız haqqında məlumat yayılıb.

Tacikistan əhali artımına görə postsovet ölkələri arasında birinci yerdədir. Rəsmi statistikaya görə, respublika əhalisinin sayı ildə orta hesabla 2,2% və ya 200 min nəfər artır.

Ruhəngiz

Xəbər xətti