Operativ Qərargah vaksin olunanlarla bağlı məlumat yaydı - FOTO

21:32 - 11 Yanvar 2023 - Cəmiyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 477 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 101, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 25 nəfərdir.


Xəbər xətti