Qadın voleybolçular arasında Azərbaycan çempionatının 2-ci turunun oyunu təxirə salınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-də “Murov”la qarşılaşmalı olan UNEC rəhbərliyi federasiyaya müraciət ünvanlayıb. Müraciətdə bildirilib ki, komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkir:
“Onlar artıq bir neçə gündü ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, “Murov”la keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun”.
Təxirə salınan “Murov” - UNEC qarşılaşmasının tarixi və keçirilmə yeri hələ bəlli deyil. Beləliklə, yanvarın 13-də yalnız “Azərreyl” – “Abşeron” qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.