Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

19:30 - 11 Yanvar 2023 - Cəmiyyət

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb.

Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

18:19

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.


Ucnoqta.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

 

Xəbər xətti