Əfqanıstan XİN-nin binasına girməyə cəhd edən terrorçu özünü partladıb

16:24 - 11 Yanvar 2023 - DÜNYA

Terrorçu-kamikadze Əfqanıstan Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Taliban hökumətində baş nazir aparatının rəhbərinin müavini Əhmədullah Müttəki özünün Twitter səhifəsində məlumat verib. Kamikadze-terroçu Əfqanıstanda müvəqqəti hökumətin Kabilin mərkəzində Xarici İşlər Nazirliyinin binasına daxil olmağa cəhd edib. 

"Terrorçu Xarici İşlər Nazirliyinə daxil olmaq istəyərkən mühafizə tərəfindən saxlanılıb. Terrorçu özünü partladıb", - Əhmədullah Müttəki yazıb.

Emin

Xəbər xətti