Terrorçu-kamikadze Əfqanıstan Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Taliban hökumətində baş nazir aparatının rəhbərinin müavini Əhmədullah Müttəki özünün Twitter səhifəsində məlumat verib. Kamikadze-terroçu Əfqanıstanda müvəqqəti hökumətin Kabilin mərkəzində Xarici İşlər Nazirliyinin binasına daxil olmağa cəhd edib.
"Terrorçu Xarici İşlər Nazirliyinə daxil olmaq istəyərkən mühafizə tərəfindən saxlanılıb. Terrorçu özünü partladıb", - Əhmədullah Müttəki yazıb.
Emin