Məhkəmə Köçəryanın Paşinyana qarşı iddiasını təmin etmədi

11:38 - 11 Yanvar 2023 - Xəbər

Məhkəmə Robert Köçəryanın Ermənistanın Baç naziri Nikol Paşinyana qarşı iddiasını təmin etməyib

Ucnoqta.az xəbər verir ki, iddia məhkəmə tərəfindən rədd edilib.
Baş nazir Nikol Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə bəyan edib ki, 2008-ci ilin martında Ermənistan liderləri ordunu xalqa qarşı aparıb və vətəndaşları güllələmək qərarı veriblər. O, həmçinin bildirib ki, bu işdə təqsirləndirilən şəxslər var və onlar hazırda məhkəmədədir.

Bu açıqlamaya görə, 2008-ci ilin martında prezident olan Robert Köçəryan ədalətli məhkəmə hüququnu pozduğuna görə Paşinyana və Ermənistana qarşı iddia qaldırıb.

Emin

 

Xəbər xətti