ATƏT sədri Azərbaycana səfər edəcək

10:45 - 11 Yanvar 2023 - Xəbər

ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistana səfər edəcək.

APA təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin XİN başçısı ilə telefon danışığı zamanı razılıq əldə olunub.

ATƏT sədri gərginliyin aradan qaldırılması və regionda davamlı sülh üçün şəxsən iştirak etməyə hazır olduğunu söyləyib.

Xəbər xətti