Qazaxda 38 yaşlı qadın özünə xəsarət yetirib

18:03 - 10 Yanvar 2023 - Cəmiyyət

Qazaxda qadın özünə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Ləman Musazadə qolunun kəsilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun kəsici alətlə özünə xəsarət yetirdiyi bildirilir.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti