Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə daha üç xəstə Xankəndidən İrəvana aparılıb.
Ucnoqta.az xəbər verir ki, xəstə ermənilər bu gün Ermənistana aparılıb. Bununla da Xankəndidən təxliyə edilən ağır xəstələrin ümumi sayı 16-ya çatıb.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər.
Buna baxmayaraq, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur və onlar təhlükəsiz şəkildə yoldan istifadə edirlər.
Emin