Qadınlar F1 Akademiyasına daxil ola biləcəklər.
Ucnoqta.az Bloomberg-ə istinadən xəbər verir ki, "Formula 1" təşkilatçıları 2023-cü ildə "kral yarışlarına qatılmaq şansı qazanacaq qadınlar üçün yarış seriyası və təlim proqramına start verəcəklər". Bunun üçün onlar 156 min dollar ödəməli olacaqlar.
Təşkilatçılar yarış cədvəlini və sürücülərin siyahısını nə vaxt açıqlayacaqlarını dəqiqləşdirməyiblər. Ən çox ehtimal olunan namizədlər əsasən Avropadan olan gənc qızlardır, o cümlədən 18 yaşlı hollandiyalı Maya Veuq (2021-ci ildə Ferrari yarış akademiyasında ilk qadın olub) və 18 yaşlı fransız kartinq çempionu Dorian Pindir.
Emin