Qayınana və gəlin dəm qazından zəhərləndilər

10:36 - 10 Yanvar 2023 - Cəmiyyət

Zaqatalada qayınana və gəlin dəm qazından zəhərləniblər.

Ucnoqta.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb. 

Belə ki, kənd sakinləri - 1960-cı il təvəllüdlü Şahizər Mamulaşvili və gəlini, 1988-ci il təvəllüdlü Xəyalə Mamulaşvili yaşadıqları evdə qaz sobasından dəm qazının sızması nəticəsində zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər və hazırda müalicələri davam etdirilir.

 

Xəbər xətti