Çexiya Ukraynaya göndəriləcək tanklar hazırlayır: Baş nazir T-72-də “avtoqraf” yazıb - FOTO

00:32 - 10 Yanvar 2023 - DÜNYA

Ukrayna tezliklə Çexiyadan tankların yeni partiyasını alacaq. Çexiya hökumətinin başçısı Petr Fiala tanklardan birinə “avtoqraf” yazıb.

Ucnoqta.az xəbər verir ki, Çexiyanın baş naziri Twitter hesabında Ukrayna müdafiəçilərinin T-72 tankları alacağını açıqlayıb.

"Ukraynaya göndəriləcək "T-72" tankında cəsur ukraynalı müdafiəçilərə qısa mesaj yazdım. İnanıram ki, ukraynalılar rus təcavüzkarına qarşı mübarizədə qalib gələcəklər", - Fiala yazıb.

O, həmçinin əlavə edib ki, Ukraynaya "TREVA 30" evakuasiya maşını da göndəriləcək.

Bundan əvvəl Çexiya Ukraynaya tanklar, MLRS, piyada döyüş maşınları təhvil verib.

Emin

Xəbər xətti