Ukrayna tezliklə Çexiyadan tankların yeni partiyasını alacaq. Çexiya hökumətinin başçısı Petr Fiala tanklardan birinə “avtoqraf” yazıb.
Ucnoqta.az xəbər verir ki, Çexiyanın baş naziri Twitter hesabında Ukrayna müdafiəçilərinin T-72 tankları alacağını açıqlayıb.
"Ukraynaya göndəriləcək "T-72" tankında cəsur ukraynalı müdafiəçilərə qısa mesaj yazdım. İnanıram ki, ukraynalılar rus təcavüzkarına qarşı mübarizədə qalib gələcəklər", - Fiala yazıb.
O, həmçinin əlavə edib ki, Ukraynaya "TREVA 30" evakuasiya maşını da göndəriləcək.
Bundan əvvəl Çexiya Ukraynaya tanklar, MLRS, piyada döyüş maşınları təhvil verib.
Emin