Uels millisinin hücumçusu Qaret Beyl peşəkar futbolu tərk etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, 33 yaşlı futbolçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Çox düşündükdən sonra klubumu və beynəlxalq karyeramı başa vurduğumu elan edirəm. Arzumu reallaşdırdığım və sevdiyim idmanla məşğul olduğum üçün inanılmaz şanslıyam. İndi həyatımda yeni bir səhifəyə gedirəm. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır”, – Beyl yazıb.
Beylin karyerasında sonuncu klubu Los Anceles olub. Futbolçu əvvəllər "Sauthempton", "Tottenham Hotspur" və "Real Madrid"də çıxış edib.
İspan klubunun tərkibində Beyl 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Beyl DÇ-2022-də Uels yığmasında çıxış edib.
Emin