Laçın yolundan sülhməramlıların daha 23 avtomobili keçdi - FOTO

15:06 - 9 Yanvar 2023 - ÖLKƏ İÇİ

QHT təmsilçiləri və ekofəalların Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda dekabrın 12-dən başlayan etiraz aksiyası 29 gündür davam edir.

Ucnoqta.az xəbər verir ki, aksiya ötən gecə boyu da davam edib. 

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlılarına məxsus 23 avtomobil Xankəndidən Laçın istiqamətində təhlükəsiz olaraq hərəkət edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Emin


Xəbər xətti