Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan- Rusiya sərhəddində “Kazbegi - Yuxarı Lars” keçid məntəqəsi bağlanıb
Ucnoqta.az xəbər verir ki, sərhəddi keçmək üçün 600-dən çox yük maşını növbə gözləyir.
2023-cü ilin bayram günlərində dövlət sərhədini hər iki istiqamətdə 24 680 avtomobil və 65 mindən çox insan keçib.
Qeyd edək ki, qışda hava şəraitinin pis olması səbəbindən yol tez-tez bağlanır.
Ruhəngiz