Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstan- Rusiya sərhəddində 600-dən çox yük maşını növbə gözləyir

13:17 - 9 Yanvar 2023 tarixində dərc olunub.

Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq Gürcüstan- Rusiya sərhəddində “Kazbegi - Yuxarı Lars” keçid məntəqəsi bağlanıb

Ucnoqta.az xəbər verir ki, sərhəddi keçmək üçün 600-dən çox yük maşını növbə gözləyir.

2023-cü ilin bayram günlərində dövlət sərhədini hər iki istiqamətdə 24 680 avtomobil və 65 mindən çox insan keçib.

Qeyd edək ki, qışda hava şəraitinin pis olması səbəbindən yol tez-tez bağlanır.

Ruhəngiz

Müəllif: