Fransa millisi Didye Deşamla müqaviləni uzadıb

15:17 - 7 Yanvar 2023 - İDMAN

Didye Deşam 2026-cı ilə qədər Fransa millisini çalışdıracaq.

Ucnoqta.az xəbər verir ki, məşqçinin rəhbərlik etdiyi komanda 2018-ci il dünya çempionatı və 2021-ci il Millətlər Liqasının qalibi olub, Avro-2016 və DÇ-2022-nin finalında çıxış edib.

Deşam 2012-ci ilin iyulundan Fransa yığmasına rəhbərlik edir.

Fransa millisi Deşamla 139 oyun keçirib, 89 dəfə qalib gəlib, 28 dəfə heç-heçə edib, 22 dəfə məğlub olub.

Qətərdə keçirilən dünya çempionatının finalında fransızlar Argentinaya penaltilər seriyasında uduzub. Deşamın yetirmələri matç ərzində 0-2 və 2-3 geridə olsalar da, Kilian Mbappenin qolları sayəsində hesabı bərabərləşdirdilər.

Deşamın 54 yaşı var, milli komandaya gəlməzdən əvvəl o, “Monako”, “Yuventus” və “Marsel”ə rəhbərlik edib.

Xəbər xətti