Azərbaycan Ordusu təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb - MN

19:09 - 6 Yanvar 2023 - Xəbər

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, MN-dən bildirilib.

 

Xəbər xətti