Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan Ordusu təsərrüfat işləri görən texnikanı atəşə tutmayıb - <font color=red><b>MN</b></font>

19:09 - 6 Yanvar 2023 tarixində dərc olunub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya yanvarın 6-sı saat 13:00-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xocavənd rayonunun Çörəkli yaşayış məntəqəsi ərazisində təsərrüfat işləri görən texnikanın atəşə tutulması ilə bağlı yayılan məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, MN-dən bildirilib.

 

Müəllif: